Microsoft şirkəti 2 ədəd daxili ekrana sahib Surface Duo smartfonlarından imtina edib

Microsoft şirkəti 2 ədəd daxili ekrana sahib Surface Duo smartfonlarından imtina edib

Mobil Cihazlar
12.01.2023 PAYLAŞIM

    İnsayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti iki ədəd daxili ekrana sahib Surface Duo smartfonlarından imtina edib və şirkətin növbəti smartfonu digər brendlərin qatlana bilən smartfonları tərzində reallaşdırılacaq. Məlumatda qeyd edilib ki, uzun müddət ərzində olmuş təcrübələrdən sonra şirkət 180 dərəcə qatlanmanı təmin edən şarnir konstruksiyasına və əlavə xarici ekrana sahib ənənəvi qatlana bilən smartfon dizaynına keçid etmək qərarını verib. Beləliklə növbəti Surface Duo modeli xarici görünüşcə Galaxy Z Fold seriyasını xatırladacaq. Məlumata əsasən ənənəvi qatlana bilən smartfon dizaynına keçid etmək qərarı Surface Duo 3-ün final dizaynının seçilməsindən sonra qəbul edilib.

    Surface Duo seriyasına xas olan dizayna sahib Surface Duo 3-ün bu ilin sonunda satışa çıxarılması planlaşdırılırdı. Nəticədə şirkət bu cür ideyadan imtina etdi. İndi isə Surface komandası ənənəvi qatlana bilən smartfon konstruksiyasının hazırlanmasına öz diqqətini ayırıb. Surface Duo seriyası üçün yeni olacaq dizayna sahib növbəti smartfonun texniki özəllikləri barəsində hələ heç bir məlumat yoxdur. Smartfonun nə zaman satışa çıxacağı da bilinmir. Təbii ki, smartfon dizaynının dəyişilməsi onun adının da dəyişilməsinə səbəb ola bilər. Heç istisna deyil ki, şirkət smartfonun adındakı Duo hissəsindən imtina edərək rebrendinq etsin. Bununla belə insayderlər bildiriblər ki, hazırlanan yeni smartfon şirkət daxilində hələ ki, Surface Duo 3 kimi qəbul edilir.




DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×