Logo
    main-post-cover

    Microsoft Surface Pro və Surface Laptop-un yeni versiyalarını satışa çıxarıb

    Cihazlar+
    25.06.2026
    Sevinj
        Microsoft Surface seriyasına daha münasib qiymətə yeni konfiqurasiyalar əlavə edib. Şirkət 12 inch-likSurface Pro və 13 inch-lik Surface Laptop modellərinin 8 GB RAM ilə təchiz olunan versiyalarını satışa çıxarıb.
    New Surface Devices: Surface Pro and Surface Laptop Deliver More  Performance and Flexibility - Source EMEA
        Yeni modellər müvafiq olaraq 849 və 949 ABŞ dollarından başlayır. Bununla belə, qiymət endirimi yalnız operativ yaddaşın azaldılması hesabına mümkün olub. Əgər əvvəllər bu cihazların baza versiyaları 16 GB RAM və 256 GB yaddaşla təqdim olunurdusa, indi daha sərfəli variantlarda RAM həcmi 8 GB-a endirilib. Digər texniki xüsusiyyətlər isə dəyişməz qalıb.
        Hər iki model əvvəlki kimi 8 nüvəli Snapdragon X Plus prosessoru və 256 GB daxili yaddaşla təklif olunur. Lakin 8 GB RAM səbəbindən bu cihazlar Microsoft-un Copilot Plus süni intellekt funksiyalarını dəstəkləmir. Çünki Copilot Plus imkanlarından istifadə üçün minimum 16 GB operativ yaddaş tələb olunur. Qiymətlərin aşağı salınmasına baxmayaraq, yeni 8 GB RAM-lı Surface modelləri hələ də 599 dollardan başlayan MacBook Neo ilə müqayisədə daha bahalı olaraq qalır.
    Paylaş