Logo
    main-post-cover

    Microsoft-un portativ oyun konsolu bu il satışa çıxa bilər

    Cihazlar+
    11.03.2025
    Emil
         Microsoft aktiv şəkildə Xbox brendi altında ilk portativ konsolu üzərində çalışır. İnsayderlərin məlumatına görə, Keenan kod adına malik bu cihaz 2025-ci ildə təqdim olunacaq və Steam DeckNintendo Switch modellərinə rəqib olacaq. Xbox portativ oyun konsolu Microsoft-un ASUS və ya Lenovo kimi aparıcı PC oyun avadanlığı istehsalçıları ilə əməkdaşlığının nəticəsi olacaq.
         Cihaz Windows əməliyyat sistemi vasitəsilə çalışacaq, Microsoft Store, PC Game Pass və böyük ehtimalla Steam kimi digər platformaları dəstəkləyəcək. WindowsCentral-ın insayderi Jez Corden-in sözlərinə görə, cihaz Lenovo Legion Go S modelinə bənzəyəcək və Microsoft üçün 2027-ci ildə növbəti nəsil Xbox-un buraxılışından əvvəl bir növ sınaq platforması olacaq. Microsoft Gaming-in baş direktoru Phil Spencer dəfələrlə şirkətin portativ oyun konsol yaratmaq istəyinə işarə edib.
    Paylaş