
Microsoft-un portativ oyun konsolu üzərində çalışdığı rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
15.11.2024
Emil
İnsayderlər dəfələrlə məlumat veriblər ki, Microsoft-un Xbox brendi öz portativ oyun konsolu üzərində çalışır. İndi isə bu məlumatlar rəsmi şəkildə təsdiqlənib. Belə ki, Xbox brendinin rəhbəri olan Phil Spencer, Bloomberg saytının jurnalistlərinə müsahibə verən zaman qeyd edib ki, Microsoft şirkəti həqiqətən də portativ oyun konsolu üzərində çalışır. Phil Spencer hazırlanan portativ oyun konsolu barəsində ətraflı məlumat verməyib.
O sadəcə olaraq bildirib ki, bu layihəyə olduqca çox vaxt lazımdır və buna görə də onu 2027-ci ildən tez gözləməyə ehtiyac yoxdur. Onun sözlərinə əsasən Microsoft istehlakçılara unikal və yüksək keyfiyyətli məhsul təqdim etmək istədiyi üçün layihə üzərində bu qədər çalışmaq lazım gələcək. Məlumata əsasən şirkət mühəndisləri portativ oyun konsolu üçün müxtəlif konseptləri nəzərdən keçirirlər və onlardan hansının daha uğurlu olacağını anlamağa çalışırlar.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
