main-post-cover

    Microsoft-un potensial portativ oyun konsolu AMD prosessorunu əldə edə bilər

    Cihazlar+
    13.09.2024
    Emil Nəcəfov
         Artıq uzun müddət ərzində internetdə gəzən şayiələrə əsasən Microsoft şirkəti Steam Deck, Lenovo Legion Go, ASUS Rog Ally, MSI ClawNintendo Switch kimi portativ oyun konsollarının uğurlarından ilhamlanaraq öz portativ oyun konsolunu hazırlayır. Microsoft özü bu məlumatı hələ təsdiqləməsə də, onun belə bir layihə üzərində çalışması şübhə yaratmır. Belə ki, portativ oyun konsolları bazarı yüksək sürətlə inkişaf etməkdə davam edir və Microsoft kimi böyük bir şirkət buna diqqət yetirməyə bilməz. İndi isə insayderlər Microsoft-un potensial portativ oyun konsolu barəsində yeni məlumatları təqdim ediblər.
         Onların sözlərinə əsasən bir neçə müddət bundan öncə AMD şirkəti AMD Z2 Extreme adlı yeni prosessorunun qapalı təqdimatını keçirib. Məlumata əsasən bu prosessor artıq gələn il kütləvi istehsal prosesinə keçid edəcək. İnsayderlərin sözlərinə əsasən AMD şirkətinin qapalı təqdimatında Microsoft-a məxsus olan Xbox brendinin nümayəndələri də iştirak ediblər. Güman olunur ki, onlar hal-hazırda Microsoft-un potensial portativ oyun konsolu üçün lazımi komponentlərin təchizatçılarının axtarışındadırlar. Ola bilsin ki, AMD ilə Microsoft arasında əməkdaşlıq müqaviləsi bağlansın və nəticədə şirkət öz istifadəçilərinə AMD Z2 Extreme prosessoru vasitəsilə çalışan portativ oyun konsolunu təqdim etsin. Bəlkə də şirkətlər arasında belə bir müqavilə artıq bağlanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows 11 kompüterlərin artıq 1/3 hissəsində çalışır
    windows-11-komputerlerin-artiq-13-hissesinde-calisir
    Microsoft öz əməliyyat sistemində Windows Control Panel-dən imtina edəcək
    microsoft-oz-emeliyyat-sisteminde-windows-control-panel-den-imtina-edecek
    Microsoft, dəstəklənməyən sistemlərdə Windows 11 quraşdırılmasını blok etməyə başlayıb!
    microsoft-desteklenmeyen-sistemlerde-windows-11-qurasdirilmasini-blok-etmeye-baslayib
    Windows-un yenilənmələr mərkəzində 2 ciddi boşluq aşkar edilib
    windows-un-yenilenmeler-merkezinde-2-ciddi-bosluq-askar-edilib
    Microsoft Paint 3D-nin dəstəyi yaxın zamanda dayandırılacaq
    microsoft-paint-3d-nin-desteyi-yaxin-zamanda-dayandirilacaq