Logo
    main-post-cover

    Microsoft Windows 11 üçün yeni üst menyu panelini sınaqdan keçirir

    Cihazlar+
    30.01.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft Windows 11 üçün macOS və Linux sistemlərinə bənzər yeni üst menyu paneli üzərində təcrübələr aparır. PowerToys komandası tərəfindən hazırlanan bu yeni interfeys “Command Palette Dock” adlanır və istifadəçilərə sistem alətlərinə sürətli giriş, resurs monitorinqi və əlavə funksiyalar təqdim etməyi hədəfləyir.
        Şirkət tərəfindən paylaşılan konsept görüntülərə görə, dock paneli ekranın yuxarı, sol, sağ və ya alt hissəsində yerləşdirilə biləcək və istifadəçilər uzantıları panelin başlanğıc, mərkəz və son hissələrinə sərbəst şəkildə pin edə biləcəklər. Microsoft-un senior məhsul meneceri Niels Laute qeyd edir ki, bu dock yüksək səviyyədə fərdiləşdirilə biləcək və mövzu, fon və dizayn seçimləri dəyişdirilə biləcək.
        İstifadəçilər paneldə yerləşdirilən uzantıların sırasını asanlıqla dəyişə və istədikləri kimi təşkil edə biləcəklər. Yeni dock Microsoft-un keçən il təqdim etdiyi Command Palette funksiyasını tamamlayacaq. Command Palette macOS-dakı Spotlight kimi işləyir və tətbiqlərə, komandlara və developer alətlərinə sürətli çıxış imkanı verir.
    Paylaş