Microsoft Windows Update problemini həll etməyə çalışır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft istifadəçilərin ən çox şikayət etdiyi problemlərdən biri olan nasaz driver yeniləmələrinə qarşı yeni həll üzərində çalışır. Şirkət elan edib ki, yaxın aylarda Windows 11 üçün “Cloud-Initiated Driver Recovery” adlı yeni funksiya istifadəyə veriləcək. Bu funksiya Windows Update vasitəsilə quraşdırılan problemli driverləri avtomatik şəkildə geri qaytaracaq.
Hazırda Windows Update üzərindən quraşdırılan bəzi driver yeniləmələri kompüterlərdə müxtəlif problemlərə səbəb ola bilir. Məsələn, istifadəçilər ekranın qaralması, cihazların işləməməsi, performans problemləri və ya sistemin stabil olmaması kimi hallarla qarşılaşırlar. Belə vəziyyətlərdə driveri geri qaytarmaq ya istifadəçi tərəfindən manual şəkildə edilməli olur, ya da hardware istehsalçısının yeni düzəliş yayımlaması gözlənilir.
Microsoft-un yeni sistemi isə bu prosesi avtomatik hala gətirəcək. Şirkətin açıqlamasına görə, əgər hansısa driver keyfiyyət və stabillik problemləri səbəbilə riskli hesab edilərsə, Microsoft bulud sistemi vasitəsilə həmin driveri avtomatik olaraq əvvəlki stabil versiya ilə əvəz edə biləcək. Bunun üçün istifadəçinin əlavə müdaxiləsinə ehtiyac olmayacaq.
Microsoft nümayəndəsi Garrett Duchesne bildirib ki, yeni texnologiya problemli driverlərin təsir etdiyi cihazlarda sürətli bərpa prosesi təmin etmək üçün hazırlanıb. Hazırda funksiya hardware tərəfdaşları ilə birlikdə test edilir və mərhələli şəkildə sentyabr ayından etibarən istifadəyə veriləcək.
Paylaş
Bənzər xəbərlər