Logo
    main-post-cover

    Mobil cihazlar sahəsi tarixində ən  çox satılmış 15 cihazın reytinqini təqdim edilib

    Cihazlar+
    29.01.2024
         Visual Capitalist adlı media şirkətin analitikləri mobil cihazlar sahəsi tarixində ən  çox satılmış 15 cihazın reytinqini təqdim ediblər. Təqdim edilmiş reytinq demək olar iki brend arasında bölüşdürülüb. Onlardan hal-hazırda isə yalnız biri aktiv fəaliyyətdədir. Beləliklə reytinqin birinci pilləsini Nokia 1100 mobil telefonu tutub. Məlumata əsasən sözügedən mobil telefon 250 milyon satış göstəricisinə sahibdir. İkinci yeri Nokia 1100-ın digər bir versiyası tutub. Onun satış göstəricisi isə 248 milyon təşkil edib.
         Üçüncü yerdə iPhone 6 6 Plus smartfonları qərarlaşıblar. Sözügedən smartfonların ümumi satış göstəricisi 222 milyon təşkil edir. iPhone 6 və 6 Plus modelləri üstəlik Apple şirkətinin iPhone tarixi üzrə ən çox satılmış modelləri olublar. iPhone 6 modeli isə o qədər məşhur olub ki, 2017-ci ildə o, Hindistan və Çin bazarlarında yenidən satışa çıxarılıb. Üçüncü yerdən sonrakı yerləri öz aralarında demək olar Apple ilə Nokia bölüşdürüblər. İstisna hal kimi 14-cü yeri qeyd etmək lazımdır. Belə ki, 14-cü yeri 150 milyonluq satış göstəricisi ilə Samsung E1100 tutub.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...