Modul tipli HMD Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.09.2024
Emil Nəcəfov
HMD Global şirkəti öz brendi altında yeni smartfonunu təqdim edib. Şirkətin yeni smartfonu HMD Fusion adlanır. Təqdim edilmiş bu smartfon modul tiplidir. Yəni onun müəyyən özəlliklərini müxtəlif modullar vasitəsilə təkmilləşdirmək olar. Bununla yanaşı HMD Fusion-u ev şəraitində də təmir etmək mümkündür. Onun arxa qapağı gövdəyə standart vintlərlə bərkidilib. Bunun sayəsində arxa qapağı gövdədən rahatlıqla ayıraraq smartfonun batareyasına və digər komponentlərinə keçid etmək olar. Bununla yanaşı qeyd etmək lazımdır ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Dəyişdirilə birlən gövdə modulları ayrı-ayrı keyslər şəklində təqdim olunurlar. Həmin keyslər smartfonun arxa panelinə xüsusi konnektorlar vasitəsilə qoşulurlar.
Smartfon üçün artıq gamepad keysi, güclü işıqlandırmaya sahib keys, zərbələrə dözümlü keys və həmçinin naqilsiz şarj texnologiyalı keys anons edilib. HMD Fusion 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.56 düym ölçülü IPS ekranla təchiz olunub. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda HMD Fusion 108 MP-lik əsas arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. HMD Fusion artıq yaxın zamanda satışa çıxacaq və onun qiyməti 250 avro təşkil edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır
Əfsanəvi Nokia Lumia 1020-nin davamçısı hazırlanır
Ortaya çıxmış yeni məlumata əsasən HMD Global şirkəti əfsanəvi Nokia Lumia 1020-nin davamçısı üzərində çalışır.
HMD Hyper smartfonu 4 gövdə rəngində əks olunub
HMD Hyper smartfonu 4 gövdə rəngində əks olunub
Keçən ay məlum oldu ki, HMD Global şirkəti öz brendi altında Hyper adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır.
HMD Global şirkəti Nokia N9 dizaynında daha bir smartfonu təqdim edəcək
HMD Global şirkəti Nokia N9 dizaynında daha bir smartfonu təqdim edəcək
HMD Global şirkəti keçən ay öz brendi altında Nokia N9 dizaynına sahib smartfonunu təqdim etmişdi. Söhbət, HMD Skyline-dan gedir.
HMD Hyper smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
HMD Hyper smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
HMD Global şirkəti bir neçə müddət bundan öncə HMD Skyline, HMD Crest və HMD Crest Max smartfonlarını təqdim etdi. Lakin şirkət öz brendi altında daha bir yeni smartfonunu təqdim etməyə hazırlaşır.
HMD Crest və Crest Max smartfonları təqdim edilib - QİYMƏTİ
HMD Crest və Crest Max smartfonları təqdim edilib - QİYMƏTİ
HMD Global şirkəti öz brendi çərçivəsində iki yeni smartfonunu təqdim edib. Smartfonlar HMD Crest və Crest Max adlanırlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!