main-post-cover

    Moto Buds və Moto Buds+ naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.04.2024
    Brilyant Rasulova
         Motorola şirkəti Moto Buds Moto Buds+ adlı yeni naqilsiz qulaqlıqlarını təqdim edib. İlk öncə Moto Buds-a nəzər yetirək. Moto Buds qulaqlıqları vakuum konstruksiyasına sahibdirlər və özlərində 12.4 mm-lik audio drayveri birləşdirirlər. Bununla yanaşı bu qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasına sahibdirlər. Onlar smartfonlara və digər cihazlara Bluetooth 5.3 üzərindən qoşulurlar. Ətraf səs-küyün boğulması funksiyasının aktiv olduğu halda qulaqlıqlar 9 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 42 saat təşkil edir.
         Moto Buds+ qulaqlıqlarına gəldikdə isə onlar xarici görünüşcə adi Moto Buds-dan heç də fərqlənmirlər. Moto Buds+ modelinin əsas fərqləndirici özəlliyi səs keyfiyyətidir. Belə ki, Moto Buds+ modelinin bu özəlliyi üzərində Bose şirkətinin mütəxəssisləri çalışıblar. Moto Buds+ ətraf səs-küyün aktiv boğulması funksiyasını və Dolby Atmos texnologiyasını dəstəkləyir. Bu qulaqlıqlar ətraf səs-küyün boğulması funksiyasının aktiv olduğu halda qulaqlıqlar 8 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 38 saat təşkil edir. Adi Moto Buds modeli yaxın zamanda 60 avro qiymətində satışa çıxacaq. Moto Buds+ modeli isə artıq 150 avro qiymətində satışa çıxıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Edge 50 Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-fusion-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-ultra-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün öncə Motorola Edge 50 Ultra-nın vacib özəlliklərindən biri açıqlanıb
    teqdimatdan-bir-gun-once-motorola-edge-50-ultra-nin-vacib-ozelliklerinden-biri-aciqlanib
    Büdcəli Moto G04s smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g04s-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra-nın keyfiyyətli fotoları təqdim edilib
    motorola-edge-50-ultra-nin-keyfiyyetli-fotolari-teqdim-edilib