Moto G 5G (2023) smartfonu təqdim olunub - QİYMƏTİ

Moto G 5G (2023) smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
03.05.2023 PAYLAŞIM

    Motorola şirkəti Moto G 5G (2023) adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən yeni smartfon gündəlik istifadə üçün nəzərdə tutulmuş balanslaşdırılmış texniki göstəriciləri əldə edib. Belə ki, smartfon axıcı təsvirə sahib ekran, sürətli şarj texnologiyasına sahib batareya və yaxşı işıqlandırılmamış mühitdə çəkilişlər aparmağa imkan verən kamera ilə təchiz olunub. Ön paneldən Moto G 5G (2023) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym IPS ekran ilə təchiz olunub.


    Ekran yastı dizaynda reallaşdırılıb və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfon özündə həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfonda kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çip mövcud deyil. Barmaq izi skanı texnologiyası isə smartfonun arxasındakı Motorola loqosuna inteqrasiya edilib.

    Əsas texniki göstəricilər baxımından Moto G 5G (2023) Snapdragon 480 prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 48 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android 13 vasitəsilə çalışır. Moto G 5G (2023) 25 may tarixində 250$ qiymətində satışa çıxacaq.



DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×