
Moto G 5G (2024) smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
21.12.2023
Emil
OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə Motorola-nın Moto G 5G (2024) smartfonunun render fotolarını və bəzi özəlliklərini təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Moto G 5G (2024) smartfonu xarici görünüşcə Motorola-nın hal hazırda aktual olan smartfonlarına bənzəyəcək. Məlumatda qeyd edilib ki, Moto G 5G (2024) smartfonu 6.5 düym yastı ekranla təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldən isə o, iki ədəd kamera obyektivini əldə edəcək. İnsayder bildirib ki, Moto G 5G (2024) üstəlik naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edəcək.


Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
