Logo
    main-post-cover

    Moto G 5G (2025) smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    25.11.2024
    Emil
         Motorola şirkəti orta büdcəli Moto G 5G (2025) smartfonu üzərində çalışır. OnLeaks ləqəbli məşhur insayder isə öz növbəsində 91mobiles saytı ilə birlikdə sözügedən yeni smartfonun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolara əsasən smartfon yastı gövdə dizaynını əldə edəcək. Bununla yanaşı onun arxa panelində Moto Edge 50 flaqman seriyasının kamera dizaynı olacaq. Fotolardan da görmək olar ki, Moto G 5G (2025) smartfonu özündə 3 ədəd kameranı birləşdirəcək. Smartfonun nə zaman təqdim olunacağı və hansı texniki imkanlara sahib olacağı bilinmir.
    Paylaş