main-post-cover

    Moto G Play 2024 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.01.2024
    Farid Pardashunas
         Motorola şirkəti Moto G Play 2024 smartfonunu təqdim edib. Adında Play sözünün olmasına baxmayaraq sözügedən smartfon performanslı mobil oyunların oynanılması üçün nəzərdə tutulmayıb və o, büdcəli smartfonlar siyahısına daxildir. Bununla yanaşı Moto G Play 2024 5G dəstəyinə də sahib deyil. Buna baxmayaraq Moto G Play 2023 ilə müqayisədə yeni smartfon daha performanslı prosessoru əldə edib. Bleəliklə Moto G Play 2024 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.5 düym IPS ekranla təchiz olunub.
         Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşir. Smartfonun gövdəsi üstəlik IP52 standartı üzrə sudan və tozdan qorunur. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Moto G Play 2024 smartfonu Snapdragon 680 prosessoru, 8 GB RAM, 64 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP-lik əsas arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G Play 2024 gələn ay satışa çıxacaq və onun qiyməti 150$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Moto G Stylus (2024) smartfonunun render fotoları və texniki göstəriciləri təqdim edilib
    moto-g-stylus-2024-smartfonunun-render-fotolari-ve-texniki-gostericileri-teqdim-edilib
    Moto G34 5G smartfonunun qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    moto-g34-5g-smartfonunun-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Moto G Play (2024) smartfonunun render fotoları və bəzi texniki özəllikləri təqdim edilib
    moto-g-play-2024-smartfonunun-render-fotolari-ve-bezi-texniki-ozellikleri-teqdim-edilib
    Büdcəli Moto G34 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g34-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G 5G (2024) smartfonunun render fotoları təqdim edilib
    moto-g-5g-2024-smartfonunun-render-fotolari-teqdim-edilib