
Moto G Play (2024) smartfonunun render fotoları və bəzi texniki özəllikləri təqdim edilib
Cihazlar+
30.12.2023
Emil
Motorola şirkəti keçən ilin dekabr ayında təqdim edilmiş Moto G Play (2023) smartfonunun davamçısı üzərində çalışır. Söhbət, Moto G Play (2024)-dən gedir. İndi isə OnLeaks ləqəbli məşhur insayder SMARTmania saytı ilə birlikdə Moto G Play (2024)-ün render fotolarını və bəzi texniki imkanları barəsində məlumatları təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfon xarici görünüş baxımından Motorola-nın hal-hazırda aktual olan smartfonlarına bənzəyəcək. Moto G Play (2024) yastı ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək.

Arxa paneldə isə bir ədəd kamera obyektivi və LED işıqlandırma yerləşəcək. İnsayderin sözlərinə əsasən sözügedən smartfon Snapdragon prosessoru vasitəsilə çalışacaq. Lakin söhbətin hansı Snapdragon prosessorundan getdiyi və onun 5G dəstəyinə sahib olub-olmayacağı bilinmir. Üstəlik Moto G Play (2024) özündə 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekranı, 4 GB RAM-ı, 64 GB daxili yaddaş həcmini (microSD dəstəkli) və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə smartfon 50 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahib olacaq. Moto G Play (2024)-ün gələn ay təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
