Logo
    main-post-cover

    Moto G Power 5G (2024) smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    11.03.2024
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Motorola şirkəti Moto G Power 5G (2024) smartfonunu təqdim etməyə hazırlaşır. İndi bu smartfonun Geekbench testlərindən keçdiyi məlum olub. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Moto G Power 5G (2024) smartfonu MediaTek Dimensity 7020 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 8 GB-lıq RAM-ı və qutudan Android 14-ü əldə edəcək. Moto G Power 5G (2024) Geekbench-in bir nüvəli testi çərçivəsində 679 xal, çox nüvəli testi çərçivəsində isə 2005 xal toplayıb. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Moto G Power 5G (2024) smartfonu Geekbench testlərindən keçib | Technote