
Moto G Power 5G (2024) smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.03.2024
Emil
Az əvvəl Motorola şirkəti büdcəli Moto G (2024) smartfonunu təqdim etdi. İndi isə şirkət Moto G seriyasının daha bir smartfonunu təqdim edib. Söhbət, Moto G Power 5G (2024)-dən gedir. Moto G seriyasının təqdim edilmiş bu ikinci smartfonu böyük ölçülü ekranı, MediaTek prosessorunu və böyük həcmli batareyanı əldə edib. Bununla belə Moto G Power 5G (2024) modeli xarici görünüşcə Moto G (2024)-ə bənzəyir. Beləliklə Moto G Power 5G (2024) 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym LCD ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

Moto G Power 5G (2024) özündə stereo səsgücləndiriciləri naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon MediaTek Dimensity 7020 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Moto G Power 5G (2024) smartfonu 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Üstəlik smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Moto G Power 5G (2024) 29 mart tarixində satışa çıxacaq və onun qiyməti 300$ təşkil edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
