main-post-cover

    Moto G Power 5G (2024) smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    02.11.2023
    Farid Pardashunas
         Motorola şirkəti Moto G seriyasının yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır. Söhbət, Moto G Power 5G (2024)-dən gedir. OnLeaks ləqəbli məşhur insayder isə öz növbəsində Mysmartprice saytı ilə birgə sözügedən büdcəli Motorola smartfonunun render fotolarını təqdim edib. Render fotolardan da görmək olar ki, Moto G Power 5G (2024) xarici görünüşcə Moto G seriyasının digər smartfonlarına bənzəyir. Məlumata əsasən bu yeni smartfon 6.7 düym yastı ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Arxa paneldən isə smartfon iki ədəd kamera obyektivini əldə edəcək. Moto G Power 5G (2024)-ün nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hələ təqdim olunmamış Moto G24 5G smartfonu Geekbench testlərindən keçib
    hele-teqdim-olunmamis-moto-g24-5g-smartfonu-geekbench-testlerinden-kecib
    Motorola gövdəsi və ekranı əyilə bilən konseptual smartfonu sərgiləyib (VİDEO)
    motorola-govdesi-ve-ekrani-eyile-bilen-konseptual-smartfonu-sergileyib-video