
Moto G Power 5G (2024)-ün render fotoları təqdim edilib
Cihazlar+
23.02.2024
Emil
Motorola şirkəti Moto G Power 5G (2024) smartfonunun təqdimatına hazırlaşır. İndi isə MSPowerUser saytı sözügedən smartfonun render fotolarını təqdim edib. Bunun sayəsində smartfonun hansı dizayna sahib olacağı məlum olub. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Moto G Power 5G (2024) yastı ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə iki ədəd kamera obyektivi yerləşəcək. Render fotolardan birində əks olunmuş məlumata əsasən Moto G Power 5G (2024) smartfonu 30 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən smartfon 6.7 düym ekranla təchiz olunacaq və MediaTek prosessoru vasitəsilə çalışacaq. Smartfonun MWC 2024 sərgisində təqdim olunacağı istisna edilmir.


Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
