
Moto G Power 5G (2025)-in ilk render fotosu təqdim edilib
Cihazlar+
22.08.2024
Emil
Son günlərdə Motorola-nın hazırlanma prosesində olan smartfonları barəsində olduqca çoxlu sayda məlumat ortaya çıxır. İndi isə 91mobiles saytı Motorola tərəfindən hazırlanan yeni smartfonlardan birinin ilk render fotosunu təqdim edib. Söhbət, Moto G Power 5G (2025) smartfonundan gedir. Qeyd etmək lazımdır ki, Moto G Power 5G (2024) bu ilin mart ayında təqdim edilmişdi. Hazırlanan Moto G Power 5G (2025) isə onun davamçısı olacaq.
Təqdim edilmiş fotoya əsasən Moto G Power 5G (2025) smartfonu yastı gövdə dizaynını və yastı ekranı əldə edəcək. Ekran üzərində kiçik ölçülü dairəvi çıxıntı, arxa panel üzərində isə 3 ədəd kamera ilə LED işıqlandırma yerləşəcək. Təqdim edilmiş fotoda smartfon bənövşəyi gövdə rəngində əks olunub. Bununla yanaşı məlumata əsasən smartfonun arxa paneli süni dəri ilə örtülmüş olacaq. Moto G Power 5G (2025)-in texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. O bu ilin sonunda və ya gələn ilin əvvəlində təqdim oluna bilər.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
