main-post-cover

    Moto G Stylus 5G (2024) smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    10.05.2024
    Sabina Rustamli
         Motorola şirkəti Moto G seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Moto G Stylus 5G (2024)-dən gedir. Motorola-nın sözügedən yeni smartfonu böyük ölçülü ekranı, stilus dəstəyi və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Moto G Stylus 5G (2024) smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Barmaq izi skanı texnologiyası ekrana inteqrasiya edilib. Onun dəstəklədiyi stilus isə smartfonun komplektinə daxildir. Smartfon özündə stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.
         Moto G Stylus 5G (2024) Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP (f/1.8 diafraqma, optik stabilizasiya) + 13 MP (f/2.2 diafraqma, avtofokus) ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. O həmçinin 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Moto G Stylus 5G (2024) qutudan Android 14 vasitəsilə çalışır. Smartfon 30 may tarixində 400$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın real fotosu ortaya çıxıb
    qatlana-bilen-qapaqli-motorola-razr-50-ultra-nin-real-fotosu-ortaya-cixib
    Moto Buds və Moto Buds+ naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ
    moto-buds-ve-moto-buds-naqilsiz-qulaqliqlari-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Fusion smartfonu təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-fusion-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Edge 50 Ultra təqdim edilib - QİYMƏTİ
    motorola-edge-50-ultra-teqdim-edilib-qiymeti
    Təqdimatdan bir gün öncə Motorola Edge 50 Ultra-nın vacib özəlliklərindən biri açıqlanıb
    teqdimatdan-bir-gun-once-motorola-edge-50-ultra-nin-vacib-ozelliklerinden-biri-aciqlanib