Logo
    main-post-cover

    Moto G14-ün render fotosu və texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    31.07.2023
    Emil
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Motorola brendi Moto G smartfon seriyasının yeni modeli üzərində çalışır. Söhbət, Moto G14-dən gedir. İndi isə insayderlər sözügedən smartfonun render fotosunu və texniki göstəricilərini təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən Moto G14 smartfonu Full HD+ keyfiyyətli 6.5 düym LCD ekran ilə təchiz olunacaq. Smartfonu Unisoc T616 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini və ikili arxa kameranı birləşdirəcək.
        Məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq. Bununla yanaşı Moto G14 Dolby Atmos dəstəkli stereo səsgücləndiricilərə sahib olmalıdır və onun gövdəsi IP52 standartı üzrə sudan qorunmalıdır. Batareya həcminə gəldikdə isə məlumata əsasən smartfon 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Moto G14-ün artıq sabah Hindistanda təqdim olunacağı gözlənilir. Müəyyən müddətdən sonra isə sözügedən smartfon Avropada satışa çıxmalıdır.
    Paylaş
    Bənzər xəbərlər