main-post-cover

    Moto G24 Power smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.01.2024
    Farid Pardashunas
         Dünən Motorola şirkəti büdcəli Moto G24 smartfonunu təqdim etdi. İndi isə şirkət onun digər versiyası olan Moto G24 Power modelini təqdim edib. Moto G24 Power adi Moto G24-dən daha böyük həcmli batareyası ilə fərqlənir. Bununla yanaşı Moto G24 Power yüksək təsvir yenilənməsinə sahib ekranı əldə edib. Beləliklə Moto G24 Power smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.6 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 537 nit təşkil edir.
         Smartfon özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Moto G24 Power MediaTek Helio G88 prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 128/256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcminə sahibdir. Bundan əlavə olaraq smartfon 50 MP + 2 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G24 Power qutudan Android 14 vasitəsilə çalışır. Smartfonun hansı qiymətə və nə zaman satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Motorola Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq yeni flaqman smartfonunu hazırlayır
    motorola-snapdragon-8-gen-3-vasitesile-calisacaq-yeni-flaqman-smartfonunu-hazirlayir
    Android 14-ü əldə edəcək Motorola smartfonlarının siyahısı təqdim edilib
    android-14-u-elde-edecek-motorola-smartfonlarinin-siyahisi-te
    Büdcəli Moto G24 smartfonu təqdim olunub - QİYMƏTİ
    budceli-moto-g24-smartfonu-teqdim-olunub-qiymeti
    Motorola RAZR+ (2024) adlı yeni qatlana bilən smartfon hazırlanır
    motorola-razr-2024-adli-yeni-qatlana-bilen-smartfon-hazirlanir
    Büdcəli Moto G24 smartfonunun render fotoları təqdim edilib
    budceli-moto-g24-smartfonunun-render-fotolari-teqdim-edilib