main-post-cover

    Moto G34 5G smartfonunun qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.01.2024
    Farid Pardashunas
         Keçən ay Motorola şirkəti Çində Moto G34 5G smartfonunu təqdim etmişdi. İndi isə sözügedən smartfon qlobal bazarda təqdim olunub. Moto G34 5G-nin qlobal bazardakı versiyası xarici görünüş mövzusunda Çində satılan versiyadan heç də fərqlənmir. Sadəcə olaraq bəzi texniki özəlliklərdə fərq var. Məsələn Çində satılan versiyadan fərqli olaraq qlobal versiyada OLED ekran əvəzinə LCD ekrandan istifadə edilib.
         Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym LCD ekrena sahibdir. Çində satılan versiya kimi qlobal versiya da Snapdragon 695 prosessoru vasitəsilə çalışır və özündə 4/8 GB RAM ilə 128 GB-lıq daxili yaddaş həcmini birləşdirir. Yerdə qalan göstəricilər baxımından da hər iki versiya eynidir. Moto G34 5G-nin qlobal versiyası 17 yanvar tarixində Hindistanda 132$ qiymətində satışa çıxacaq. Müəyyən müddətdən sonra isə smartfon digər ölkələrdə də satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Moto G Play (2024) smartfonunun render fotoları və bəzi texniki özəllikləri təqdim edilib
    moto-g-play-2024-smartfonunun-render-fotolari-ve-bezi-texniki-ozellikleri-teqdim-edilib
    Büdcəli Moto G34 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-moto-g34-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Moto G 5G (2024) smartfonunun render fotoları təqdim edilib
    moto-g-5g-2024-smartfonunun-render-fotolari-teqdim-edilib
    Büdcəli Moto G04-ün fotoları ortaya çıxıb
    budceli-moto-g04-un-fotolari-ortaya-cixib
    Büdcəli Moto G34-ün fotoları ortaya çıxıb
    budceli-moto-g34-un-fotolari-ortaya-cixib