
Moto G40 Neo smartfonunun texniki özəllikləri ortaya çıxıb
Görünür, yaxın zamanda Moto G40 smartfon seriyasına yeni model əlavə olunacaq. Söhbət, Moto G40 Neo adlı smartfondan gedir. Belə ki, Amazon saytının kataloqunda bu smartfonun texniki göstəriciləri ortaya çıxıb. Ortaya çıxmış texniki göstəricilərə əsasən Moto G40 Neo smartfonu MediaTek Dimensity 1050 prosessoru, 12 GB RAM və 256 GB daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym pOLED ekranı, 50 MP + 13 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirəcək. Batareya həcminə gəldikdə isə Moto G40 Neo 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər