
Moto G45 smartfonunun təqdimatı anons edilib
Cihazlar+
15.08.2024
Emil
Motorola şirkəti Moto G seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, Moto G45-dən gedir. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən sözügedən yeni smartfon 21 avqust tarixində təqdim olunacaq. Təqdim edilmiş posterə əsasən Moto G45 smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Qırmızı, mavi, yaşıl. Lakin məlumatlarda bu rənglər Viva Magenta, Brilliant Blue, Brilliant Green adları ilə qeyd edilib. Moto G45-in 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.5 düym ölçülü LCD ekranla təchiz olunacağı, Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
