
Moto G54 5G-nin texniki göstəriciləri ortaya çıxıb
Artıq məlumdur ki, Motorola 5 sentyabr tarixində Çində Moto G54 5G smartfonunu təqdim edəcək. İndi isə Moto G seriyasının bu yeni modelinin texniki göstəriciləri internetdə ortaya çıxıb. Beləliklə ortaya çıxmış texniki göstəricilərə əsasən Moto G54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym IPS ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 7020 prosessoru vasitəsilə çalışacaq və özündə 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Bununla yanaşı smartfon 50 MP + 8 MP ikili arxa kameraya, 16 MP-lik ön kameraya və 30 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...