Logo
    main-post-cover

    Moto G54 smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    25.08.2023
        Hal hazırda Motorola şirkəti Moto G seriyasının iki yeni modelinin təqdimatına hazırlaşır. Söhbət, Moto G54 Moto G84 smartfonlarından gedir. Şirkət dünən Moto G84 smartfonunun təqdimatını rəsmi şəkildə anons etdi. Bu smartfon 1 sentyabr tarixində Hindistanda təqdim ediləcək. İndi isə şirkət Moto G54 smartfonunun təqdimatını rəsmi şəkildə anons edib. Rəsmi anonsa əsasən Moto G54 smartfonu 5 sentyabr tarixində Çində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Moto G54 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ekran, 50 MP-lik əsas arxa kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Moto G54 smartfonunun təqdimatı anons edilib | Technote