Logo
    main-post-cover

    Moto G54 smartfonunun texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    15.08.2023
        Keçən həftə məlumat ortaya çıxmışdı ki, Motorola şirkəti Moto G smartfon seriyasının növbəti modeli üzərində çalışır. Söhbət, Moto G54-dən gedir. İndi isə insayderlər sözügedən yeni smartfonun texniki göstəriciləri barəsində məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Moto G54 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.5 düym ekranla təchiz olunacaq. Smartfon Snapdragon 480 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı və 5G modemini birləşdirəcək. Məlumatda həmçinin qeyd edilib ki, Moto G54 smartfonu 50 MP-lik əsas arxa kameranı, 16 MP-lik ön kameranı və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Smartfonun nə zaman təqdim olunacağı hələ bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...