Logo
    main-post-cover

    Moto G84 5G smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    24.08.2023
        Bir neçə gün bundan öncə məlum oldun ki, Motorola şirkəti Moto G seriyasının yeni smartfonu üzərində çalışır. Söhbət, Moto G84 5G-dən gedir. İndi isə şirkət rəsmi şəkildə bu smartfonun təqdimatını anons edib. Şirkətin rəsmi anonsuna əsasən Moto G84 5G smartfonu 1 sentyabr tarixində Hindistanda təqdim ediləcək. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq və Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı o özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP ikili arxa kameranı və 30 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...