main-post-cover

    Moto G84 adlı yeni smartfonun render fotoları təqdim edilib

    Cihazlar+
    21.08.2023
    Emil Nəcəfov
        Evan Blass adlı məşhur insayder bir neçə müddət bundan öncə Moto G54 smartfonunun real fotolarını təqdim etmişdi. İndi isə həmin insayder Moto G seriyasının hazırlanan digər bir yeni modelinin render fotolarını təqdim edib. Söhbət, Moto G84-dən gedir. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Moto G84 bazara minimum 3 gövdə rəngində satışa çıxacaq.
        Qırmızı, qara, ağ. Xarici görünüşcə o, Motorola-nın son zamanlarda təqdim etdiyi smartfonlara bənzəyəcək. Smartfon yastı ekran ilə təchiz olunacaq və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Moto G84 özündə ikili arxa kameranı birləşdirəcək. Məlumata əsasən əsas arxa kamera optik stabilizasiya dəstəkli 50 MP-lik olacaq. Moto G84-ün nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər