
Moto G84 smartfonunun satış qiyməti ortaya çıxıb
Artıq sabah Motorola şirkəti Moto G seriyasının yeni modelini təqdim edəcək. Söhbət, Moto G84-dən gedir. Təqdimatdan bir gün qabaq bu smartfonun satış qiyməti barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən satışlara start verilən gün Moto G84-ün qiyməti 240$ təşkil edəcək. Lakin daha sonra onun qiyməti 280$-a yüksələcək. Smartfon yalnız bir versiyada satılacaq. Söhbət, 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyadan gedir.
Son məlumat sızıntılarına əsasən moto G84 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 8 MP ikili arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfonun gövdəsinin IP54 standartı üzrə sudan qorunacağı gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...