
Moto G84-ün ardınca Moto G54 5G-nin satış qiyməti ortaya çıxıb
Motorola şirkəti 5 sentyabr tarixində Moto G54 5G smartfonunu təqdim edəcək. İndi isə sözügedən smartfonun satış qiyməti barəsində məlumat internetdə ortaya çxıb. Məlumatda qeyd edilib ki., Moto G54 5G smartfonu iki versiyada satışa çxacaq. Birinci versiya 8 GB RAM-a və 128 GB yaddaşa, ikinci versiya isə 12 GB RAM-a və 256 GB yaddaşa sahib olacaq. Birinci versiya 180$-a, ikinci versiya isə 230$-a satılacaq. Son məlumat sızıntılarına əsasən Moto G54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym IPS ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 7020 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 8 MP ikili arxa kamera ilə 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər