Logo
    main-post-cover

    Moto G85 smartfonunun render fotoları ortaya çıxıblar

    Cihazlar+
    27.05.2024
    Emil
         Motorola şirkəti keçən ilin avqust ayının sonunda Moto G84 smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısını hazırlayır. Söhbət, Moto G85-dən gedir. Belə ki, Motorola tərəfindən hazırlanan bu yeni smartfonun render fotoları internetdə ortaya çıxıblar. Təqdim edilmiş fotolarda smartfonun həm arxa paneli həm də ön paneli əks olunub. Fotolardan da görmək olar ki, Moto G85 smartfonu Motorola Edge seriyasına daxil olan flaqman smartfonlara bənzəyəcək. Fotolara əsasən Moto G85 smartfonu kənarları əyilmiş dizaynda hazırlanmış ekranı və ikili arxa kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq. Moto G85-in Snapdragon 4 Gen 3 prosessoru vasitəsilə çalışacağı və özündə 8/12 GB RAM ilə 256 GB-a kimi daxili yaddaş həcmini birləşdirəcəyi gözlənilir. Üstəlik smartfon qutudan Android 14-ü əldə etməlidir. Çox güman ki, Moto G85 yay fəslinin sonunda təqdim ediləcək.
    Paylaş