Logo
    main-post-cover

    Moto G86 5G smartfonunun dizaynı və texniki imkanları təqdim olunub

    Cihazlar+
    07.05.2025
    Emil
         Motorola şirkəti Moto G86 5G adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə Evleaks ləqəbli məşhur insayder təqdimata hazırlaşan bu yeni smartfonun xarici görünüşünü sərgiləyib və onun texniki imkanlarını açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Moto G86 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym ölçülü pOLED ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edəcək. Üstəlik ekran Corning Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunacaq.
         Məlumatda qeyd edilib ki, Moto G86 5G smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirməlidir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı ya 5200 mAh ya da 6720 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. İnsayderin sözlərinə inansaq, Moto G86 5G-nin gövdəsi IP68/69 standartları üzrə tozdan və sudan qorunacaq və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verəcək.
    Paylaş