Logo
    main-post-cover

    Moto G86 və G86 Power smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.05.2025
    Emil
         Motorola şirkəti Moto G smartfon seriyasının yeni modellərini təqdim edib. Söhbət, Moto G86 G86 Power-dən gedir. Bu smartfonlar həm xarici görünüşcə həm də bəzi texniki imkanlar baxımından bir-birilərinə bənzəyirlər. Moto G86 Power modeli adi Moto G86-dan sadəcə böyük batareya və daxili yaddaş həcmi ilə fərqlənir. Beləliklə Moto G86 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2712x1220 piksel keyfiyyətli 6.67 düym ölçülü pOLED ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Ekran üstəlik Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və həmçinin MIL-STD 810H hərbi standartının tələblərinə cavab verir. Moto G86 smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir.
         Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Motorola G86 Power modelinin adi Moto G86-dan əsas fərqi ondadır ki, o, 512 GB daxili yaddaş həcmi və 30 vatt gücündə sürətli şarj texnologiyalı 6720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon yaxın zamanda satışa çıxacaq. Moto G86-nın qiyməti 299 avro, Moto G86 Power-in qiyməti isə 329 avro təşkil edəcək.
    Paylaş