
Moto Watch 120 smart saatı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
13.08.2024
Emil
Motorola şirkəti Moto Watch 120 adlı yeni smart saatını təqdim edib. Sözügedən yeni smart saat öz qiymət kateqoriyasında geniş funksionallığı təklif edir. Beləliklə Moto Watch 120 smart saatı 1.43 düym ölçülü AMOLED ekranla təchiz olunub və ekran Always-on-Display funksiyasını dəstəkləyir. Smart saatın gövdəsi metal materialdan hazırlanıb və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
Moto Watch 120 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Bununla yanaşı smart saat 100-dən çox idman rejimini dəstəkləyir. Moto Watch 120 özündə 300 mAh enerji tutumlu batareyanı birləşdirir. Onun sayəsində smart saat 10 gün ərzində çalışa bilər. Digər özəlliklər siyahısında mikrofon, səsgücləndiricilər, GPS və Bluetooth 5.3 dəstəyi var. Moto Watch 120-ni artıq Amazon üzərindən 120$-a sifariş etmək mümkündür.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
