main-post-cover

    Moto Watch 40 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.02.2024
    Emil Nəcəfov
         Motorola şirkəti heç gözlənilmədən Moto Watch 40 adlı smart saatını təqdim edib. Təqdim edilmiş smart saat xarici görünüşcə daha çox smart qolbağı xatırladır. Bununla belə Moto Watch 40 smart saatı 1.57 düym LCD ekranla təchiz olunub. Ekran 85 növ siferblatı dəstəkləyir və smart saatın gövdəsi IP67 standartı üzrə sudan və tozdan qorunur. Moto Watch 40 ürək döyüntülərinin tezliklərini və qandakı oksigen miqdarını ölçə bilir. Üstəlik smart saat stress səviyyəsini və yuxu keyfiyyətini monitorinq edir. Smart saat 240 mAh enerji tutumlu batareyaya sahibdir. Motorola-nın verdiyi məlumata əsasən Moto Watch 40 bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa bilir. Smart saat Moto Watch OS əməliyyat sistemi vasitəsilə çalışır. Moto Watch 40 şirkətin saytında artıq satışa çıxıb və onun satış qiyməti 65$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Moto G24 Power smartfonu təqdim edilib - QİYMƏTİ
    moto-g24-power-smartfonu-teqdim-edilib-qiymeti
    Motorola Snapdragon 8 Gen 3 vasitəsilə çalışacaq yeni flaqman smartfonunu hazırlayır
    motorola-snapdragon-8-gen-3-vasitesile-calisacaq-yeni-flaqman-smartfonunu-hazirlayir
    Android 14-ü əldə edəcək Motorola smartfonlarının siyahısı təqdim edilib
    android-14-u-elde-edecek-motorola-smartfonlarinin-siyahisi-te
    Büdcəli Moto G24 smartfonu təqdim olunub - QİYMƏTİ
    budceli-moto-g24-smartfonu-teqdim-olunub-qiymeti
    Motorola RAZR+ (2024) adlı yeni qatlana bilən smartfon hazırlanır
    motorola-razr-2024-adli-yeni-qatlana-bilen-smartfon-hazirlanir