Motorola Avropa bazarı üçün 5G dəstəkli Motorola Edge 30 smartfonunu təqdim edib - QİYMƏTİ

Motorola Avropa bazarı üçün 5G dəstəkli Motorola Edge 30 smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
28.04.2022 PAYLAŞIM

    Motorola brendi əvvəlcədən də söz verdiyi kimi Avropa bazarı üçün Edge 30 smartfon modelini təqdim edib.Təqdim edilmiş yeni smartfon Motorola Edge 30 Pro-nun sadələşdirilmiş versiyasıdır. Bununla belə Motorola Edge 30 öz texniki özəllikləri ilə diqqəti cəlb edir. Motorola-nın sözlərinə görə bu, 5G dəstəkli ən nazik smartfondur. Smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonda microSD kart dəstəyi reallaşdırılmayıb. Lakin onun əvəzinə smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur.


    Bundan əlavə olaraq Motorola Edge 30 özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Motorola Edge 30 modeli Snapdragon 778G+ prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 50 MP (118 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini və Ready For texnologiyasının dəstəyini birləşdirir. Ready For texnologiyası vasitəsilə Motorola Edge 30-u USB Type-C naqili və ya kompakt stansiya üzərindən xarici monitora qoşmaq mümkündür. Motorola Edge 30 Android 12 vasitəsilə çalışır. Smartfon yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 450 avrodan başlayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...


Apple şirkətinin payız tədbiri: iPhone 14-ün mümkün təqdimat tarixi və digər məl..

iDropnews saytı öz mənbələrinə istinadən iPhone 14-ün təqdimatına dair yeni məlumatları təqdim edib...

×