Motorola daha bir Motorola RAZR (2023) modeli üzərində çalışır

Motorola daha bir Motorola RAZR (2023) modeli üzərində çalışır

Mobil Cihazlar
16.03.2023 PAYLAŞIM

    Artıq sirr deyil ki, Motorola brendi hal hazırda qatlana bilən qapaqlı yeni Motorola RAZR (2023) smartfonu üzərində çalışır. Görünür, sözügedən smartfon bazara iki versiyada satışa çıxacaq. Belə ki, verilmiş yeni məlumata əsasən şirkət Motorola RAZR (2023) ilə yanaşı həmçinin Motorola RAZR+ (2023) modelini də təqdim edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, Motorola RAZR+ (2023) modeli 2850 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və üstəlik 30 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfon Qualcomm-un flaqman prosessoru vasitəsilə çalışmalıdır. Motorola RAZR+ (2023) modelinin adi Motorola RAZR (2023)-dən başqa hansı özəlliklər üzrə fərqlənəcəyi bilinmir. Gözləntilərə əsasən Motorola brendi bu iki smartfonu yay fəslində təqdim edəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei P60, P60 Pro və P60 Art təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti qatlana bilən Mate X3 smartfonu ilə yanaşı həmçinin çoxdan gözlənilən P60 flaqman sma..


Qatlana bilən Huawei Mate X3 təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X3-ü təqdim edib. Şirkətin Mate X2 modeli ilə müqay..


Lenovo şirkəti gaming smartfonlar biznesindən çıxmaq qərarına gəlib

Lenovo şirkətinin əməkdaşlarından birinin verdiyi məlumata əsasən şirkət özünün Legion brendi altınd..


iPhone 15 smartfonlarında USB Type-C üzərindən sürətli şarj yalnız orijinal naqi..

Apple şirkətinin iPhone 15 smartfon seriyasında Lightning-dən imtina və onu USB Type-C ilə əvəz edəc..


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..

×