Logo
    main-post-cover

    Motorola Edge (2023) smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    11.10.2023
    Emil
         Motorola şirkəti heç gözlənilmədən Motorola Edge (2023) adlı yeni flaqman smartfonunu təqdim edib. Təqdim edilmiş bu yeni smartfon xarici görünüş və texniki özəlliklər baxımından Avropada satılan Motorola Edge 40 Neo smartfonuna bənzəyir. Beləliklə Motorola Edge (2023) smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Üstəlik Motorola Edge (2023)-ün gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Motorola Edge (2023) smartfonu MediaTek Dimensity 7030 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 50 MP + 13 MP ikili arxa kamera, 32 MP-lik ön kamera və 68 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Üstəlik smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Motorola Edge (2023)-ün digər bir əsas üstünlüyü ondadır ki, o, qutudan Android 14 vasitəsilə çalışır. Smartfon artıq satışa çıxıb və 600$-a satılır.
    Paylaş