main-post-cover

    Motorola Edge (2024) smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    05.06.2024
    Farid Pardashunas
         Motorola şirkəti özünün Edge smartfon seriyasının yeni modelini təqdim edib. Yeni model Motorola Edge (2024) adlanır. Motorola-nın bu yeni smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Motorola Edge (2024) 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym ölçülü pOLED ekranı əldə edib. Ekranın kənar hissələri əyilmiş dizaynda hazırlanıb. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Üstəlik smartfonda ayrıca fiziki düymə də reallaşdırılıb və həmin fiziki düyməyə müxtəlif əməliyyatları təyin etmək olar. Motorola Edge (2024) Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 13 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Motorola Edge (2024) 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Motorola Edge (2024)-ün satışlarına bu ayın sonunda start veriləcək və onun qiyməti 550$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hələ təqdim edilməmiş Moto G85-in texniki imkanları açıqlanıb
    hele-teqdim-edilmemis-moto-g85-in-texniki-imkanlari-aciqlanib
    Motorola Razr 5-nin fotosu və texniki göstəriciləri rəsmi şəkildə ortaya çıxıblar
    motorola-razr-5-nin-fotosu-ve-tenxiki-gostericileri-resmi-sekilde-ortaya-cixiblar
    Moto G85 smartfonunun render fotoları ortaya çıxıblar
    moto-g85-smartfonunun-render-fotolari-ortaya-cixiblar
    Qatlana bilən qapaqlı Motorola Razr 50-nin satış qiyməti məlum olub
    qatlana-bilen-qapaqli-motorola-razr-50-nin-satis-qiymeti-melum-olub
    Qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarının render fotoları ilə tenxiki imkanları ortaya çıxıblar
    qatlana-bilen-qapaqli-motorola-razr-50-ve-razr-50-ultra-smartfonlarinin-render-fotolari-ile-tenxiki-imkanlari-ortaya-cixiblar