Logo
    main-post-cover

    Motorola Edge 40-ın yeni fotoları təqdim edilib

    Cihazlar+
    26.04.2023
        Motorola şirkəti yaxın zamanda Motorola Edge 40 adlı yeni subflaqman smartfonunu təqdim etməlidir. Evan Blass adlı məşhur insayder isə sözügedən smartfonun reklam fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan smartfonun dizaynını qiymətləndirmək olar. Görmək olar ki, smartfon ekranının kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək.
        Fotolardan birində arxa kamera sahəsi əks olunub və kamera sahəsində olan yazıya əsasən smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq. Son məlumat sızıntılarına əsasən Motorola Edge 40 smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.55 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfonun MediaTek Dimensity 8020 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Smartfon yaxın zamanda təqdim olunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Motorola Edge 40-ın yeni fotoları təqdim edilib | Technote