Logo
    main-post-cover

    Motorola Edge 40 Neo smartfonunun dizaynı sərgilənib (VİDEO)

    Cihazlar+
    30.08.2023
    Emil
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Motrorola şirkəti Edge 40 Neo adlı yeni smartfon üzərində çalışır. İndi isə Youtube-da sözügedən smartfonun xarici görünüşünü əks etdirən video ortaya çıxıb. Ortaya çıxmış videodan da görmək olar ki, Motorola Edge 40 Neo modeli Motorola Edge 40 Motorola Edge 40 Pro modellərinin dizaynlarını əldə edəcək.
        Məlumata əsasən Motorola Edge 40 Neo smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym pOLED ekranla təchiz olunacaq. Smartfon MediaTek Dimensity 1050 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 13 MP ikili arxa kameranı, 32 MP-lik ön kameranı və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bundan əlavə olaraq Motorola Edge 40 Neo-nun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Smartfonun sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər