
Motorola Edge 40 Neo smartfonunun keyfiyyətli fotosu təqdim edilib
Artıq məlumdur ki, Motorola şirkəti Edge 40 Neo adlı yeni smartfon üzərində çalışır. Son zamanlarda sözügedən smartfon barəsində məlumatlar mütəmadi şəkildə ortaya çıxır. İndi isə insayderlər Motorola Edge 40 Neo-nun keyfiyyətli fotosunu təqdim ediblər. Təqdim edilmiş fotodan da görmək olar ki, bu yeni smartfon Motorola-nın son zamanlar təqdim etdiyi smartfonlara bənzəyəcək. Məlumata əsasən Motorola Edge 40 Neo 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekranla təchiz olunacaq.
Smartfon MediaTek Dimensity 1050 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 50 MP + 13 MP ikili arxa kameranı və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bundan əlavə olaraq Motorola Edge 40 Neo-nun gövdəsinin IP68 standartı üzrə sudan qorunacağı gözlənilir. Smartfonun sentyabr ayında təqdim ediləcəyi güman edilir.
Paylaş
Bənzər xəbərlər