Logo
    main-post-cover

    Motorola Edge 40 Neo smartfonunun təqdimatı anons edilib

    Cihazlar+
    08.09.2023
    Emil
        Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Motorola şirkəti Motorola Edge 40 Neo adlı yeni smartfonunun təqdimatını anons edib. şirkət tərəfindən təqdim edilmiş rəsmi dəvətə əsasən Motorola Edge 40 Neo smartfonu 14 sentyabr tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Motorola Edge 40 Neo smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq və MediaTek Dimensity 1050 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini, 50 MP + 13 MP ikili arxa kameranı və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Paylaş
    Bənzər xəbərlər