Motorola Edge 40 Neo smartfonunun texniki özəllikləri məlum olub

Motorola Edge 40 Neo smartfonunun texniki özəllikləri məlum olub

Mobil Cihazlar
04.09.2023 PAYLAŞIM

    Artıq müəyyən müddət ərzində internetdə gəzən məlumatlara əsasən Motorola şirkəti Edge 40 Neo adlı yeni smartfonu üzərində çalışır. İndi isə insayderlər sözügedən smartfonun yeni render fotosu təqdim ediblər və texniki göstəriciləri ilə satış qiymətini açıqlayıblar. Onların sözlərinə əsasən Motorola Edge 40 Neo 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Dimensity 1050 prosessoru vasitəsilə çalışacaq.


    Smartfon özündə 12 GB RAM-ı, 256 GB daxili yaddaş həcmini və 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Motorola Edge 40 Neo 50 MP + 13 MP ikili arxa kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və Android 13 əməliyyat sistemi vasitəsilə çalışacaq. Motorola Edge 40 Neo-nun bu ay ərzində təqdim olunacağı gözlənilir. İnsayderlərin təqdim etmiş olduqları məlumata inansaq, smartfon 399 avroya satılacaq.



DAHA ÇOX


Məşhur insayder Samsung Galaxy S24 smartfonları barəsində yeni məlumatları təqdi..

Ice Universe ləqəbli məşhur insayder Samsung Galaxy S24 smartfon seriyası barəsində yeni məlumatları..


Samsung Galaxy S24 Ultra-nın render fotoları təqdim edilib

OnLeaks ləqəbli məşhur insayder adi Galaxy S24-ün ardınca Smartprix saytı ilə birlikdə həmçinin Gala..


Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim ..

Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən, istehlakçı elektronikası üzrə dünyanın aparıcı is..


Huawei öz flaqman smartfonlarının büdcəli versiyalarını təqdim edə bilər..

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin hələ təqdim ..


Qatlana bilən OPPO Find N3 smartfonunun təqdimat müddəti məlum olub

Biz artıq dəfələrlə məlumat vermişik ki, OPPO şirkəti OPPO Find N3 adlı yeni qatlana bilən smartfon ..


Redmi 13C smartfonu təqdimata hazırlaşır

Bir neçə gün bundan öncə Redmi 13C adlı yeni smartfonun render fotoları ortaya çıxdı.

×