Logo
    main-post-cover

    Motorola Edge 40 Pro flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.04.2023
    Emil
        Motorola şirkəti Motorola Edge 40 Pro flaqman smartfonunu təqdim edib. Bu, keçən ilin sonunda Çin bazarında satışa çıxmış Moto X40 smartfonunun qlobal versiyasıdır. Moto X40 ilə Motorola Edge 40 Pro arasında texniki özəlliklər baxımından fərqlilik olmasa da, qlobal versiyanın qiyməti alıcıları heç də qane etməyə bilər. Beləliklə Motorola Edge 40 Pro smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran ilə təchiz olunub.
        Ekranın yuxarı mərkəz hissəsinə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası da həmçinin birbaşa ekrana inteqrasiya edilib. Onu da qeyd etmək lazımdır ki, smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Əlavə olaraq Motorola Edge 40 Pro özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 50 MP + 12 MP üçlü arxa kamera, 60 MP-lik ön kamera və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əlavə olaraq smartfon 15 vatt gücündə sürətli şarj texnologiyasını və 15 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Motorola Edge 40 Pro yaxın günlərdə satışa çıxacaq və Avropa bazarında 900 avro qiymətində satılacaq.
    Paylaş
    Bənzər xəbərlər