Logo
    main-post-cover

    Motorola Edge 40 Pro flaqman smartfonunun Avropa bazarında hansı qiymətə satılacağı məlum olub

    Cihazlar+
    28.03.2023
    Emil
        Motorola şirkəti hal hazırda Motorola Edge 40 smartfon seriyası üzərində çalışır. Sözügedən seriyaya adi Edge 40-dan əlavə olaraq Edge 40 Pro da daxil olacaq. İndi isə insayderlər Motorola Edge 40 Pro-nun Avropa bazarında hansı qiymətə satılacağı barəsində məlumat veriblər. Məlumata əsasən Avropa bazarında Motorola Edge 40 Pro modeli 12 GB RAM 256 GB daxili yaddaşa sahib versiyada satışa çıxacaq.
        İnsayderlərin sözlərinə əsasən smartfon 899 avroya satılacaq. Qeyd etmək lazımdır ki, Motorola Edge 40 Pro smartfonu Moto X40 modelinin qlobal versiyası rolunda çıxış edəcək. Smartfon 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 50 MP + 50 MP + 12 MP üçlü arxa kamera, 60 MP-lik ön kamera və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər