main-post-cover

    Motorola Edge 40 Pro flaqman smartfonunun fotoları ortaya çıxıb

    Cihazlar+
    07.03.2023
    Farid Pardashunas
        Motorola hal hazırda yeni flaqman smartfonun təqdimatına hazırlaşır. Söhbət, Motorola Edge 40 Pro-dan gedir. İnternetdə bu smartfonun keyfiyyətli fotoları ortaya çıxıb. Fotolardan da görmək olar ki, yeni smartfon xarici görünüşcə hal hazırda aktual olan Motorola Edge 30 Pro-ya bənzəyəcək. Motorola Edge 40 Pro modeli kənarları əyilmiş tərzdə reallaşdırılmış ekran, ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi formalı kiçik çıxıntı və üçlü arxa kamera əldə edəcək.
        LED işıqlandırma sistemi arxa kamera sahəsinin daxilində yerləşəcək. Texniki özəlliklərə gəldikdə isə Motorola-nın yeni flaqman smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi və 125 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Bununla yanaşı smartfonun gövdəsinin IP68 standartı üzrə sudan qorunacağı gözlənilir. Motorola Edge 40 Pro yaxın zamanda təqdim olunmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər